Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərlinin xatirəsi anılıb

09.11.2021

Masallı rayonunun Viləş kəndində dünyaya göz açmış Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərlinin vəfatının ildönümü ilə əlaqədar doğulduğu Viləş kəndində anım mərasimi keçirilib. Noyabrın 9-də keçirilən mərasimdə rayon rəhbərliyi, millət vəkilləri, ziyalılar, ictimai birliklərin təmsilçiləri, kənd sakinləri və digərləri iştirak edib.

Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi sükutla yad edilib.

Çıxışlarda qəhrəman şəhidin həyat və şərəfli döyüş yolundan bəhs olunub, valideynlər isə şəhid övladları ilə bağlı xatirələrini dilə gətiriblər. Sonra Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının səhnə kollektivi və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə şəhid İntiqam Əsgərli və qardaşı, Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin xatirəsinə ithaf olunan "Şəhidlik manifesti" adlı ədəbi-bədii kompozisiya səhnələşdirilib. Yazıçı-publisist Nurəddin Ədiloğlunun müəllifi olduğu səhnə işində şəhidlik zirvəsi və vətənpərvərlik ali dəyər kimi tərənnüm olunub. Daha sonra "Halay" folklor Xalq ansamblının ifasında bayatılar, həzin notlarda bədii kompozisiyalar deyilib.

Mərasimin sonunda teatrın rejissoru Cəmaləddin Əliyev və şəhid vətən övladlarının anası Ziba Əsgərli tərəfindən teatrın üzvləri və kollecin bir qrup tələbələrinə "Fəxri Fərman"lar təqdim olunub.