09.11.2021
Noyabrın 9-da Cəlilabad rayon Mədəniyyət Mərkəzinin Ağdaş kənd Mədəniyyət Evi əməkdaşlarının təşkilatçılığı ilə 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar "Bayraq qürur mənbəyimizdir!" başlığı altında tədbir təşkil olunub.
Tədbir Astanlı kənd Mədəniyyət Evininin mədəni təşkilatçısı Səbuhi Şahmarov, metodist Raqil Rəhimov və kənd məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə Mədəniyyət Evində baş tutub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan
tədbirə giriş sözü ilə başlayan Raqil Rəhimov iştirakçılara bu günün yaranma tarixi və əhəmiyyətindən danışıb. O, qeyd edib ki, müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu gün artıq müstəqilliyimizin əsas rəmzlərindən olan şanlı üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda məğrurcasına dalğalanır.
Tədbir digər iştirakçıların çıxışı və məktəblilərin bayrağımıza həsr olunmuş şeir ifalarından sonra yekun vurulub.