Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Asan Həyat Kompleksində Novruz şənliyi

18.03.2018

Martın 18-də Bahar bayramını qeyd etmək üçün Masallıdakı Asan Həyat kompleksində böyük bayram konserti keçirildi. Kompleksin rəhbəri Vidadi Muxtarov və Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı iştirakçıları salamlayaraq bayram münasibəti ilə hamını təbrik etdilər.

     Novruz tonqalını kompleksin rəhbəri alovlandırdıqdan sonra Asan könüllülərlə bərabər bir sıra iştirakçılar da onlara qoşularaq tonqalın ətrafında yallı rəqsi oynadılar. Masallı Regional Mədəniyyət və Turizm idarəsinin musiqi kollektivləri, “Halay” folklor qrupu, Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Masallı” rəqs qrupunun çıxışları, Kosa və keçəlin məzəli səhnəcikləri və paytaxtdan dəvət olunan bir sıra estrada ulduzlarının ifaları tamaşaçılarda xoş ovqat yaratdı.