Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bayraq mənliyimdir” mövzusunda onlayn tədbir keçirilib

09.11.2021

Noyabrın 9-da Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Bayraq mənliyimdir” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Sonra Mərkəzin direktoru Dilbər İbayeva bildirib ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilərək, qaldırılmış bayrağımız, SSRİ-nin süqutundan sonra 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə yenidən dövlət atributu qəbul edilib. D. İbayeva 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunduğunu onlayn tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tədbirdə çıxış edənlər müstəqillik rəmzi olan bayrağımızın tarixi barədə məlumat veriblər. Onlar Azərbaycan bayrağının 100 illik keçmişə dayanan tarixindən danışıblar. Həmçinin, bayrağın hər bir dövlət üçün suverenlik, müstəqillik simvolu olduğunu qeyd ediblər.