Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Haqq və ədalət, Zəfər Günün mübarək, Azərbaycan!” adlı tədbir keçirilib

04.11.2021

Noyabrın 4-də Cəlilabad rayon Mədəniyyət Mərkəzi Soltankənd kənd klubunun və adıçəkilən kənd tam orta məktəbinin əməkdaşlarının birgə təşkilatçılığı ilə "Haqq və ədalət, Zəfər Günün mübarək, Azərbaycan!" adlı tədbir keçirilib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra klubun müdiri Alxas Əzizov

hərbçilərimizin qəhrəmanlığından, Ali Baş Komandanın ordumuz və millətimizə verdiyi ruh yüksəkliyindən, vətəndaşlarımızın vətən sevgisindən, Zəfər uğrunda 44 gün davam edən döyüşlərdən bəhs edib.

Daha sonra Vətən müharibəsində iştirak etmiş qazilər və Soltankənd kənd tam orta məktəbinin rəhbərliyi çıxış edərək tədbir iştirakçılarını təbrik edib, tarixi Zəfəri xalqımıza yaşadan igidləri iftixar hissi ilə yad edib. Məktəb şagirdlərinin ifasında isə vətənpərvərlik mövzulu şeirlər səsləndirilib.

Tədbirdən sonra İkici Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, məzarlar önünə gül dəstələri düzülüb.