Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda Zəfər Günü tədbiri

06.11.2021

Noyabrın 6-da Cəlilabad rayon Fətullaqışlaq kənd kitabxana filialı kənd məktəbi ilə birlikdə Zəfər Gününə həsr olunmuş "Dəmir Yumruq" adlı tədbir keçirib. Tədbirdə kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə kitabxanaçı Mehman Ağayev sentyabrın 27-dən başlayan, 44 gün davam edərək işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin xalqımızın qürur mənbəyinə çevrildiyini qeyd edib. Bildirib ki, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında "Dəmir Yumruq" kimi sıx birliyi, əsgərlərimizin rəşadəti nəticəsində torpaqlarımız azad edilib.

Sonra məktəbin müəllimi Malik Əliyev çıxışında bildirib ki, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə otuz il işğal altında olan torpaqlarımızı azad etməklə öz gücünü və hərbi hazırlığını göstərdi. Sonda məktəblilər Vətən müharibəsi şəhidlərinə ithaf olunmuş şeirlər səsləndiriblər.