Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda ”Zəfər yolu” adlı tədbir keçirilib

07.11.2021

Noyabrın 7-də Cəlilabad rayon Privolnoye kənd kitabxana filialı və Mədəniyyət Evinin əməkdaşları Zəfər Günü ilə əlaqədar "Zəfər yolu" adlı tədbir keçirib. Tədbirdə mədəniyyət işçiləri ilə bərabər, kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən kitabxanaçı Şəfəq Məmmədova bildirib: "Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyidir", - deyə o, qeyd edib.

Sonra digər çıxışlarda bildirilib ki, Vətən müharibəsinin başlamasından bir il ötür. 44 günlük müharibə ərzində Azərbaycan otuz ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən, Dağlıq Qarabağın bir hissəsini azad edib, Şuşaya öz bayrağını sancıb, Zəfər Gününü təsis edib.

Tədbirin sonunda məktəblilər Zəfər Gününə həsr olunmuş şeirlər səsləndiriblər. Sonra fotostendə baxış keçirilib.