Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Qələbə bizimdir, Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib

06.11.2021

Noyabrın 6-da Cəlilabad rayonunun Qarazəncir kənd Mədəniyyət Evinin əməkdaşları və kənd orta məktəbinin müəllim kollektivinin birgə təşkilatçılığı ilə "Qələbə bizimdir, Qarabağ Azərbaycandır!" adlı tədbir təşkil olunub.

Kənd Mədəniyyət Evinin müdiri İlqar Abdullayev çıxışında tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun otuz ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etməsi xalqımız tərəfindən sevinclə qarşılandığını bildirib. Qələbənin dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edən İlqar Abdullayev, bu zəfəri bizə yaşadanlara təşəkkür edib. Qeyd edilib ki, indi qarşımızda duran vəzifə işğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərimizin doğma torpaqlarına qaytarılmasıdır. Bu xüsusda cənab Prezidentin tapşırığına uyğun olaraq bu istiqamətdə aparılan işlərdən hər bir azərbaycanlının qürur duyduğu diqqətə çatdırılıb. İ. Abdullayev əlavə edib: “Gələcəkdə ölkəmizə qarşı baş verə biləcək təxribatlara, xalqımızın üzləşə biləcəyi təhdidlərə qarşı ən yaxşı mübarizə yolu müzəffər Ali Baş Komandan ətrafındakı birliyimizi daha da möhkəmlətmək və daha qüdrətli Azərbaycan uğrunda səylərimizi əsirgəməməkdir”, - deyə vurğulanıb.

Tədbirə şəhid valideynlərinin və qazilərin çıxışlardan sonra, məktəb şagirdlərinin hazırladıqları konsert proqramı ilə yekun vurulub.