Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Zəfər bayramı” adlı tədbir keçirilib

08.11.2021

Yardımlı rayon Mədəniyyət Mərkəzi Vərgədüz kənd sənətkarlıq klubu və adıçəkilən kəndin orta məktəbinin birgə təşkilatçılığı ilə "Zəfər bayramı" adlı tədbir keçirilib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Daha sonra şair, publisist Əlisəfa Əhmədoğlunun "Vətən" şeirinin ifası ilə davam edən tədbirdə, Vətən müharibəsində iştirak edən qazilər, Yardımlı rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də Vərgədüz kənd tam orta məktəbinin direktoru çıxış edərək tədbir iştirakçılarını təbrik edib, tarixi Zəfəri xalqımıza yaşadan igidləri iftixar hissi ilə yad ediblər.

Tədbirdə məktəblilər şəhidlərə və Vətən müharibəsinə həsr olunmuş şeirlər səsləndiriblər. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.