Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruzun gəlişi Cəlilabadda böyük sevinclə qeyd olundu

17.03.2018

Martın 17-də Cəlilabad Olimpiya İdman Kompleksində Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə təşkilatlarının əməkdaşları və rayon ictimayyiətinin nümayəndələri iştirak etmişdir. Rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən bayram tonqalını alovlandırıb, möhtəşəm bayram tədbirini açıq elan etmişdir. Tədbirdə Kosanın və Keçəlin məzhəkəli oyunları tamaşaçılara xoş ovqat bəxş edib. Milli paltar geyinmiş qızlar və oğlanlar musiqi sədaları altında yallı getmişlər. Mərasimdə rayonun idmançıları öz məharətlərini nümayiş etdirib. Sonda tədbir mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivləri tərəfindən hazırlanmış bayram konserti ilə davam etmişdir.