Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Vətən müharibəsi şəhidləri yad olunub

08.11.2021

Noyabrın 8-də Yardımlı rayonunun mədəniyyət işçiləri Zəfər Günü münasibətilə şəhər ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib, orada uyuyan şəhidlərin əziz xatirəsini yad edib, məzarlar önünə tər çiçək dəstələri düzüblər.

Sonra rayonun Vərgədüz kəndində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib. Şəhid ailələri və qazilər isə çıxış edərək, qələbə sevinclərini tədbirə toplaşanlarla bölüşüblər.