Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər Günü tədbirləri davam etdirilir

05.11.2021

Noyabrın 5-də Günəşli kənd Mədəniyyət Evi və kənd kitabxana filialının əməkdaşlarının birgə təşkilatçılığı ilə "Zəfər günün mübarək, Azərbaycan!" adlı tədbir keçirilib. Tədbirdə Günəşli kənd tam orta məktəbinin müəllim və şagirdləri, şəhid ailələri və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Günəşli kənd Mədəniyyət Evinin müdiri Saniyə Novruzova Zəfər Günü münasibətilə təbriklər söyləyib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Dəvət olunan qonaqların çıxışlarından sonra Cəlilabad rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Əli Əliyevin ifasında vətənpərvərlik mahnıları, şagirdlərin ifasında şeirlər tədbir iştirakçılarına ərməğan olunub.