Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər Günü münasibətilə Ağdaş kəndində tədbir təşkil olunub

04.11.2021

Noyabrın 4-də Cəlilabad rayon Ağdaş kənd Mədəniyyət Evinin əməkdaşları və kənd məktəbinin müəllim kollektivinin birgə təşkilatçılığı ilə Zəfər Günü münasibətilə sözügedən təhsil müəssisəsində tədbir təşkil olunub.

Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Tədbirdə kənd Mədəniyyət Evinin müdiri Vəliağa Cəfərov çıxışında bildirib: "Qələbə müjdəli 8 noyabr - Zəfər sədalı 44 günün qalibiyyət nöqtəsidir. Ölkəmizin tarixini, bu gününü və gələcəyini dəyişdirən Vətən müharibəsi bizə milli birliyi, iradəni və inamı yenidən geri qaytardı. Şəhid və qazilərimiz başda olmaqla qürur dolu bu tarixi bizə yaşadan Ali Baş Komandanımıza və Müzəffər Ordumuza minnətdarıq". O, çıxışının sonunda Zəfər Günü münasibətilə tədbir iştirakçılarını ürəkdən təbirik edib.

Daha sonra şəhid ailələrindən Davud Şükürov, Əfqan Xəlilovun çıxışları dinlənildikdən sonra, tədbir musiqili proqramla davam etdirilib.

Tədbirdən sonra şəhid məzarları ziyarət olunub, mərhumların ruhuna dualar oxunub.