Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidi Mirağa Qasımovun xatirəsi yad edilib

07.11.2021

Noyabrın 7-də Cəlilabad rayon Mədəniyyət Mərkəzi Moranlı kənd klubunun əməkdaşları, İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Mirağa Hafiz oğlu Qasımovun vəfatının ildönümü ilə əlaqədar keçirilən anım mərasimində iştirak ediblər.

Əməkdaşlar əvvəlcə şəhidin valideynlərini ziyarət edərək, onlara səbir diləyib, mənəvi dəstək və ehtiramlarını ifadə ediblər.

Daha sonra şəhidin məzarı ziyarət olunaraq, məzar önünə gül dəstələri düzülüb, mərhumun ruhuna dualar oxunub.