Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramları keçirilib

08.11.2021

Noyabrın 8-də Cəlilabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin adını daşıyan seyrəngahda "Zəfər Günü"nə həsr edilmiş konsert tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı Xeyrulla Şahbazov əlamətdar tarixi gün münasibətilə iştirakçıları təbrik edib. Sonra məktəblilər Zəfər Gününə həsr olunmuş şeirlər söyləyiblər. Musiqi tədbirində sənətçilərdən Əsəd Bayramov, Minəxanım Zeynalova, Rövşən Abdullayev, Nəsimi Ağayev və Ədalət Məmmədov şən musiqilər ifa ediblər. Tədbirdə yerli idmançılar da öz məharətlərini nümayiş etdirib.

Mərasimdən sonra 8 Noyabr - Zəfər Günü münasibətilə rayonun bir sıra ərazilərində ağacəkmə aksiyası keçirilib. Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları günün sonunda Göytəpə şəhərindəki "N" saylı hərbi hissədə də konsert proqramı ilə çıxış ediblər. Tədbirdə rayon ziyalıları Ədalət Salman və Qurban Əhməd vətənpərvərlik şeirləri səsləndiriblər. Tədbir musiqi sədaları altında hərbçilərimizin rəqsi ilə davam edib. Sonda xatirə şəkilləri çəkdirilib.