Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda Zəfər Günü ilə əlaqədar tədbirlər keçirilir

05.11.2021

Cəlilabad rayon Seyidbazar kənd Mədəniyyət Evinin əməkdaşları tərəfindən təşkil olunan tədbir 5 noyabr tarixində kənd tam orta məktəbində baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra, Vətən müharibəsində canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra mədəniyyət evinin müdiri Vahid Rəsulov giriş sözü ilə çıxış edərək, tədbir iştirakçılarını salamlayıb və qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. O, çıxışı zamanı müharibədən əvvəl və sonra ölkə rəhbərliyi tərəfindən şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir dəvət olunan qonaqlar və müəllimlərin çıxışları dinlənildikdən sonra, şagirdlərinin ifasında vətənpərvərlik mövzulu şeirlər və mahnılarla davam etdirilib.