Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfər yolumuz” başlığı altında tədbir təşkil olunub

05.11.2021

Noyabrın 5-də Cəlilabad rayon Kövüzbulaq kənd Mədəniyyət Evinin əməkdaşları və kənd məktəbinin müəllim kollektivinin əməkdaşlığı ilə "Zəfər yolumuz" başlığı altında tədbir təşkil olunub.

Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Tədbirdə kənd Mədəniyyət Evinin müdiri Mirəşrəf Niftullayev şagirdləri daim vətəni qorumağa, bayrağı, torpağı canı bahasına sevməyə səsləyib. M. Niftullayev tədbir iştirakçılarına Vətən müharibəsi zamanı ön və arxa cəbhədə baş verən hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, ordu quruculuğu, ümumilikdə "Dəmir Yumruq" altında baş verən bütün proseslər haqqında geniş məlumat verib.

Daha sonra şəhid ailələrindən İlqar Nadirov, qazilərdən Mədəniyyət Evinin bədii rəhbəri Tural Ağayev, Səhamin Səlimov və digər iştirakçıların çıxışları dinlənildikdən sonra, tədbir musiqili proqramla davam etdirilib.

Tədbirdən sonra şəhid məzarları ziyarət olunub, mərhumların ruhuna dualar oxunub.