Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Novruz bayramı keçirildi

17.03.2018

17 mart 2018–ciil tarixdə Yardımlı rayon Mədəniyyət Mərkəzində milli bayramımız olan Novruz bayramı münasibətilə ümumrayon bayram konserti  keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin kollektivi, hüquq mühafizə işçiləri, idarə, müəssisə və təşkilatlarda çalışan işçilər və rayon sakinləri iştirak edirdi.

          Tədbir Dədə Qorqud və Bahar qızın təbriki ilə başlandı. Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bayram tonqalını yandırdıqdan sonra tədbir iştirakçıları bayram münasibətilə hazırlanmış milli adət və ənənələrimizi əks etdirən sərgilərlə tanış oldular.

         Əməkdar bədən tərbiyyəsi işçisi N.Rzayevin rəhbərliyi ilə  idmançıların göstərdikləri  rəngarəng nömrələr, “Şaulin” idman növü ilə   H.Tağıyevin rəhbərliyi ilə göstərilmiş idman nömrələri və pəhləvanın ayrı ayrı nömrələri diqqəti cəlb etdi.

         Kosa və Keçəlin məzəli səhnələri, yumurta döyüşü və ayrı-ayrı musiqi nömrələri bayram tədbirinə xüsusi rəng qatdı.

         Bayram konsertində yerli musiqiçilərlə yanaşı Cəlilabad (Nəsimi Ağayev və Nazim Əzimoğlu) və Masallı rayonundan (Roza İstək və Gülyaz Rzayeva)  dəvət olunmuş müğənnilər də iştirak edirdi.

        Tədbirin yekununda rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərov Yardımlı sakinlərini bahar bayramı münasibətilə  bir daha təbrik etdi.