Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı şəhər Onbirillik İncəsənət Məktəbində Zəfər Gününə həsr olunmuş konsert keçirilib

06.11.2021

Noyabrın 6-da Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin müəllimlərinin konserti keçirilib. Zəfər Gününə həsr olunmuş sənət tədbirində hazırlanmış xüsusi proqram üzrə musiqilər səsləndirilib, şagirdlərin ifasında maraqlı səhnəciklər göstərilib. Konsertdən əvvəl qonaqlar məktəbin istedadlı şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgisi ilə tanış olublar. Sonra vətən uğrunda həyatından keçmiş şəhid oğulların xatirəsi anılıb.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qarşıdan gələn Zəfər Günü münasibətilə müəssisənin pedaqoji kollektivini təbrik edib, Qələbəni xalqımıza bəxş edən mətin oğulların tarixə keçən igidliyini qürur və hörmət hissi ilə vurğulayıb.

Təhsil müəssisəsinin direktoru Fərhad Qurbanovun təqdimatından sonra pedaqoji kollektivin konsertinə başlanılıb. Proqramında müəllimlərdən Aysel Nərimanova, Şamo İbayev, Rəşad Tağıyev və Mahmud Abbasov zövqlü musiqi repertuarı ilə çıxış ediblər. Bununla yanaşı, proqramda şagirdlərin vokal və instrumental musiqi ifalarına da yer ayrılıb. İncəsənət adamlarını müəssisənin müəllimlərdən ibarət ansamblı müşayiət edib.

Sonra məktəbin şagirdləri tərəfindən döyüş səhnələrini əks etdirən maraqlı kompozisiya oynanılıb.

Video1

Video2

Video3

Video4