Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Zəfər Günü münasibətilə silsilə mədəniyyət tədbirlərinin təşkili davam etdirilir

06.11.2021

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Cəlilabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Cəlilabad rayon Göytəpə şəhər Mədəniyyət Evinin ansambl üzvlərinin birgə təşkilatçılığı ilə konsert proqramı təşkil edilib.

Noyabrın 6-da Göytəpə şəhər "N" saylı hərbi hissədə keçirilən konsert Azərbaycan Respublikası Perezidenti İlham Əliyevin ordumuzun şanlı Qələbəsi zamanı zəfər çıxışı və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov öz çıxışında Müzəffər Azərbaycan Ordusunun 44 gün davam edən zəfər yürüşünün şanlı Qələbə ilə sona çatdığını, şücaətli ordumuzun əsgər və zabitlərinin əzmkar gücü, canı-qanı bahasına düşmən üzərində qələbə qazanıldığını qeyd edib. O, ordumuzun Ermənistanın otuz ilə qurduğu istehkamları yarıb keçərək, düşməni məğlub etdiyini, bu gün əzəli tarixi torpaqlarımızda şanlı üçrəngli bayrağımızın qürurla dalğalandığını bildirib. R. İbrahimov bu tarixi savaşda canından keçən şəhidlərimizin ailə üzvlərini, öz sağlamlıqlarını ölkəmizin ərazi bütövlüyü uğrunda itirən qazilərimizi, bir yumruq kimi birləşən bütün Azərbaycan xalqını salamlayıb və tarixi qələbənin bir ili münasibətilə təbrik edib.

Daha sonra tədbir Göytəpə şəhər Mədəniyyət Evinin ansambl üzvlərinin səsləndirdiyi şən musiqilərin sədaları altında hərbçilərimizin rəqsi ilə davam etdirilib. Sonda "N" saylı hərbi hissənin komandiri təşkil edilən bədii-musiqili tədbirə görə mədəniyyət işçilərini Fəxri Fərmanlarla təltif edib.