Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qalib Azərbaycan, qalibiyyətin mübarək!” adlı tədbir

06.11.2021

Noyabrın 6-da Gülməmmədli kənd Mədəniyyət Evinin əməkdaşları və kənd tam orta məktəbin müəllimlərinin birgə əməkdaşlığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Qalib Azərbaycan, qalibiyyətin mübarək!" adlı tədbir təşkil edilib.

Tədbir məktəb direktorunun çıxışı ilə açıq elan edildikdən sonra, bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Gülməmmədli kənd Mədəniyyət Evinin müdiri Nizami Nəsirov ətraflı çıxışında qeyd edib ki, 44 gün sürən əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olunub. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub. Bu həsrət Ali Baş Komandanımızın güclü siyasəti, rəşadətli Azərbaycan ordusunun qorxmazlığı, şəhadətə ucalmış şəhidlərimizin qanı hesabına qazanılıb. Biz qələbəmizə sevinməklə yanaşı, bu qələbəni bizə yaşdanları daima yad etməli, minnətdar olmalı və onları özümüzə nümunə götürməliyik.

Tədbir şəhid ailələri və qazilərin çıxışı, məktəb şagirdlərinin ədəbi-bədii kompazisiyası ilə davam etdirilib.