Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Zəfər Günü ilə bağlı növbəti tədbir kecirilib

05.11.2021

Noyabrın 5-də Yardımlı şəhər Uşaq Musiqi məktəbində "Zəfər Günü!“ adlı tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak edib.

İlk öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan adıçəkilən təhsil müəssisəsinin tədris işləri üzrə direktor müavini Lalə Tağılı 44 günlük Vətən müharibəsinin ölkəmiz üçün müsbət nəticələri barədə danışıb, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə gedən quruculuq işlərindən ətraflı bəhs edib.

Sonra məktəbin müəllimləri Həsənbala Əhmədov, Baba Babazadə və Orxan Mustafayev çıxışlarında Vətən müharibəsində əldə edilən tarixi Qələbənin əsas memarları olan şəhidlər və qazilərimizin şücaətindən bəhs ediblər. Şagirdlər isə mövzuya uyğun şeir kompozisiyaları söyləyiblər.