Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər üçün növbəti ekskursiyalar təşkil edilib

07.11.2021

Noyabrın 4, 5 və 6-da Masallı şəhər 1, 2, 3, 6 və 7 saylı, rayonun Ərkivan qəsəbə 1, 2, 3, 4 və 5 saylı, eləcə də Yeddioymaq, Bədəlan, Böyük Xocavar, Xıl, Mollaoba, Banbaşı, Qızılağac, Mololon, Meşəkənar, Sığdaş, Xanalyon, Alışanlı, Binə Xocavar və digər kənd ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, "Viləş" məktəbəqədər təhsil müəssisəsinin fidanları Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasında təşkil edilən sərgi-ekskursiyalarda iştirak ediblər.

Kollektivlər əvvəlcə Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Muzeydə təşkil olunmuş ekskursiyalarda iştirak ediblər. Muzey əməkdaşları müasir tariximizin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsinin gedişatı, əsas döyüş əməliyyatları və igid hərbçilərimizin qəhrəmanlığı ilə bağlı məktəblilərə əhatəli məlumatlar veriblər.

Sonra şagirdlər Qalereyada Vətən müharibəsi şəhidlərinə ithaf olunan "Qələbə ruhlu şəhidlərimiz” adlı rəsm sərgisinə baxış keçiriblər. Sonda xatirə fotoları çəkdirilib.