Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində ekskursiya keçirilib

05.11.2021

Noyabrın 5-də Masallı rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin kiçik fidanları və Böyük Xocavar kənd tam orta məktəbin şagirdləri Masallı rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər tariximiz” mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgini ziyarət ediblər.

Ziyarət zamanı Mərkəzin bələdçisi Şəfa Xəlilova sərginin təşkilindəki məqsədin ordumuza və xalqımıza mənəvi dəstək olmaqla vətənpərvərlik hisslərini uşaq və yeniyetmələr arasında gücləndirmək olduğunu diqqətə çatdırıb.