Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfər yolu” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri bəlli olub

05.11.2021

Noyabrın 5-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Zəfər yolu" mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri Mərkəzin "Diplom"u və "Təşəkkürnamə"si ilə təltif edilib.

Qaliblər:

I yer - Mustafa Samir Rövşən oğlu;

II yer - Əliyeva Arzu Nahid qızı;

III yer - İsmayılova Mərziyyə Habil qızı;

"Təşəkkürnamə" - Həşimov Miryunis Rafiq oğlu.

Qeyd edək ki, müsabiqə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin şagirdlərdə yaratdığı təəssüratı bölüşmək, onlarda vətənpərvərlik hissinin formalaşmasına nail olmaq məqsədilə keçirilib.