Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Zəfər Günü ilə əlaqədar növbəti tədbir keçirilib

05.11.2021

Noyabrın 5-də Cəlilabad rayon Hamarqışlaq kənd kitabxana filialı və kənd klubunun əməkdaşları Zəfər Gününə həsr edilmiş tədbir keçiriblər. Tədbirdə Hamarqışlaq kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan kənd məktəbinin müəllimi Ehtiram Əliyev öncə tədbir iştirakçılarını əlamətdar tarixi gün münasibətilə təbrik edib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən danışılıb, müzəffər odumuzun igid əsgər və zabitlərinin döyüşlərdə göstərdiyi rəşadətdən bəhs olunub. Eyni zamanda, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən sosial dəstək tədbirləri ilə bağlı müsbət fikirlər ifadə olunub.

Daha sonra məktəblilər Zəfər Gününə həsr edilmiş şeirlər səsləndiriblər.