Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib

05.11.2021

Noyabrın 5-də Yardımlı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş "Tariximizin şanlı səhifəsi" adlı tədbir keçirilib. Tədbirdə Kitabxananın əməkdaşları və Yardımlı şəhər 1 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kitabxananın direktoru Rahim Səfərov 44 gün davam edən hərbi əməliyyatlar, tarixi Zəfərin qazanılması, qələbəni şərtləndirən amillər barədə geniş məruzə ilə çıxış edib.

Sonra adıçəkilən təhsil müəssisəsinin müəllimi Taleh Babayev döyüşlər zamanı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın yumruqtək birləşməsi, milli birlik sayəsində qazanılan böyük hərbi Qələbədən ətraflı bəhs edib. Daha sonra məktəblilər qələbəyə həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbirin sonunda iştirakçılar "Yardımlının Vətən müharibəsi şəhidləri" adlı fotostendə və "8 noyabr Zəfər Günüdür" sərgisinə baxış keçiriblər