Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir təşkil edilib

05.11.2021

5 noyabr tarixində Cəlilabad rayon 3 saylı şəhər klubunda "Zəfərin mübarək, Azərbaycan!" başlığı altında tədbir təşkil olunub. Tədbirdə rayonun bir sıra mədəniyyət müəssisələrinin nümayəndələri, şəhid ailələri, qazilər və klubun dərnək üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Klubun müdiri Xeyrulla Şahbazlı çıxış edərək, Vətən müharibəsi şəhidləri və ordumuzun şanlı qələbəsi haqqında tədbir iştirakçılarına məlumat verib, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti, ordumuzun möhkəm əzmi və şəhidlərimizin qanı ilə bərpa olunmuş ərazi bütövlüyümüzün bərpasından söz açıb. X.Şahbazlı: "Vəzifə və tutduğumuz ictimai mövqedən asılı olmayaraq hər bir ölkə vətəndaşı hər zaman vətəni müdafiə etməyə hazır olmalıdır.", - deyə qeyd edib.

Daha sonra tədbir şəhid valideynləri, qazilər və digər qonaqların çıxışı, dərnək üzvlərinin səsləndirdiyi vətənpərvərlik şeirləri ilə davam etdirilib.