Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şanlı zəfər tariximiz” adlı tədbir

05.11.2021

Noyabrın 5-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Şanlı zəfər tariximiz” adlı tədbir təşkil olunub. Tədbirdə rayonun bir sıra mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.

İlk öncə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə qəhrəman Azərbaycan xalqının şərəf tarixi olan Vətən müharibəsindən geniş bəhs edib. Həmçinin, müharibəni şəhid və qazilərimizin şücaəti sayəsində qazanıldığını dilə gətirən Z. Məmmədzadə, Zəfərimizin memarları olan igid vətən övladları - görünən və görünməyən qəhrəmanlarımızın tanıdılmasının vacibliyindən söz açıb.

Daha sonra tədbirdə çıxış edən şəhər Kitabxanasının direktoru Eldəniz Həsənov və Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi İlqar Həsənov Vətən müharibəsində əldə olunan Qələbədən, döyüşlər zamanı orduya göstərilən maddi və mənəvi dəstək tədbirlərindən bəhs ediblər.

Tədbirin sonunda “Görünməyən qəhrəmanlar” sənədli filmi nümayiş etdirilib.