Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfərimiz əbədidir!” adlı tədbir

05.11.2021

Noyabrın 5-də Cəlilabad rayon Bayxanlı kənd klubunun əməkdaşları və kənd orta məktəb müəllimlərinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə bağlı "Zəfərimiz əbədidir" adlı tədbir təşkil edilib.

Tədbirdəki çıxışlarda qeyd olunub ki, 44 gün ərzində Azərbaycan xalqı bir yumruq kimi birləşərək ərazi bütövlüyümüzün bərpasına nail olub. Bildirilib ki, Zəfər Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, şanlı ordumuzun qəlbi vətən eşqi ilə dolub-daşan hərbçilərinin, eləcə də hər bir azərbaycanlının birliyi sayəsində qazanılıb.

Daha sonra Bayxanlı kənd klubunun müdiri İlyas İsmayılzadə tədbir iştirakçılarını salamlayıb, Zəfər Günü münasibəti ilə tədbirdə iştirak edənləri təbrik edib. O, başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, qələbənin qazanılmasında böyük rol oynayan şanlı ordumuz və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmanlıq göstərən igid oğullarımızın şanlı döyüş yolundan bəhs edib.

Tədbirə dəvət olunan şəhid valideynləri və qazilərin çıxışından sonra tədbir məktəb şagirdlərinin ədəbi-bədii kompozisiyaları ilə davam etdirilib.