Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

04.11.2021

Noyabrın 4-də Cəlilabad rayon Seyidbazar kənd Mədəniyyət Evinin əməkdaşları və kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə təşkil olunan aksiya məktəb ərazisində baş tutub. Öncə, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra hər şəhidin xatirəsinə bir ağac əkilib. Şagirdlərə isə aksiyanın mahiyyəti izah olunub.