Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Zəfər Günü ilə bağlı tədbir keçirilib

03.11.2021

Noyabrın 3-də Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində Zəfər Günü ilə bağlı tədbir təşkil edilib. Tədbirdə Muzeyin əməkdaşları və rayonun Bozayran kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Muzeyin elmi işçisi Əlisəfa Əhmədoğlu Vətən müharibəsinin nəticələrindən bəhs edib, eyni zamanda əldə etdiyimiz hərbi Qələbənin siyasi və tarixi əhəmiyyətindən və işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərindan danışıb, həmçinin Qarabağın tarixi ilə bağlı bir sıra maraqlı faktları şagirdlərlə bölüşüb.

Sonra muzeyin direktoru Əli İsgəndərov Vətən müharibəsində böyük şücaət göstərmiş, Zəfərimizin memarları olan bir neçə şəhid və qazilərimizin döyüşlərdəki qəhrəmanlığı barədə söz açıb.

Daha sonra adıçəkilən orta məktəbin direktor müavini Əliəddin Şabiyev və hərbi hazırlıq müəllimi Elmar Sadiyev milli həmrəylik və vətənpərvərlik duyğularının əhəmiyyətinə vurğu edərək Zəfərin qazanılmasında bu amillərin həlledici olduğunu bildiriblər. Məktəblilər isə sonda mövzu üzrə şeirlər səsləndiriblər.