Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Zəfər Günü münasibətilə konsert keçirilib

04.11.2021

Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbinin pedaqoji kollektivinin konsert proqramı keçirilib. Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan musiqi tədbirində bayram əhvali-ruhiyyəli musiqilər səsləndirilib.

Noyabrın 4-də keçirilən konsertdə əvvəlcə vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi hörmətlə yad olunub.

Müəssisənin direktoru Azər Əhədzadə çıxış edərək məktəbin müəllim və şagird kollektivini qarşıdan gələr Zəfər Günü münasibətilə təbrik edib. Daha sonra məktəbin müəllimi, istedadlı sənətçi Fərid Hacıyevin musiqi ifalarına yer verilib.