Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində şəhid valideynləri ilə görüş keçirilib

04.11.2021

Noyabrın 4-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidlərinin valideynləri və digər ailə üzvləri ilə görüş keçirilib.

Əvvəlcə, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva 44 günlük Vətən müharibəsi zamanı fədakarlıq göstərən, şəhidlik zirvəsinə ucalan oğulların həyat hekayələrinin yetişməkdə olan nəsillərə tanıdılması işinin vacibliyindən geniş söhbət açıb. Ə. Tağıyeva şəhid valideynlərinə ehtiramını ifadə edərək şəhidlərin hər bir ölkə vətəndaşı üçün böyük qürur mənbəyi olduğunu söyləyib.

Sonra Masallı Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Təhmasib Məcidov “Qələbə ruhlu şəhidlərimiz” mövzusunda təşkil edilən sərginin əsas məqsədlərindən danışıb. O, fədakar övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını edərək, onlarla qürur duyduğunu dilə gətirib. T. Məcidov sərgidə nümayiş olunan şəhid portretlərini ərsəyə gətirən rəssam Ehtiram Məmmədova təşəkkür edib.

Daha sonra söz iki şəhid anası Ziba Əsgərliyə verilib. O, tədbir iştirakçılarını salamladıqdan sonra igid şəhidlərimizin hər birinin eyni amal uğrunda döyüşərək xalqımıza Zəfər bəxş etdiklərini qeyd edib.

Çıxışlardan sonra qonaqlar Muzey və Qalereyanın birgə təşkilatçılığı ilə təşkil edilən sərgiyə baxış keçiriblər.