02.11.2021
Masallı rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər tariximiz” adlı sərginin nümayişinə başlanılıb. 1 - 10 noyabr tarixlərini əhatə edəcək sərgidə rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin mövzuya uyğun hazırlanmış əl işləri nümayiş etdiriləcək.
Noyabr ayının 2-də rayonun bir sıra məktəblərinin müəllim və şagirdləri karantin qaydalarına riayət edərək, növbəti dəfə Masallı rayon Heydər Əliyev Mərkəzində açılmış sərgiyə baxış keçiriblər.
Ziyarət zamanı Mərkəzin bələdçisi Şəfa Xəlilova sərginin məqsədlərini məktəb kollektivlərinə izah edib. Bildirilib ki, ordu və xalqımıza mənəvi dəstək olmaq, həmçinin vətənpərvərlik hisslərini uşaq və yeniyetmələr arasında təbliğ etmək sərginin əsas məramını təşkil edir.