Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhrəmanlarımızı tanıyaq” inşa-yazı müsabiqəsinə yekun vurulub

03.11.2021

Noyabrın 3-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar keçirilən "Qəhrəmanlarımızı tanıyaq" mövzusunda inşa-yazı müsabiqəsinə yekun vurulub. Rayonun bir çox ümumtəhsil məktəbləri şagirdlərinin iştirak etdiyi müsabiqədə qaliblərə mükafatları təqdim edilib.

Tədbirdən əvvəl şəhidlərin xatirəsi ehtiramla yad olunub. Muzeyin direktoru Əntiqə Tağıyeva müsabiqə qəliblərini təbrik edəndən sonra onlara müəssisənin “Fəxri Fərman”ını təqdim edib.

Müsabiqədə aşağıda adları göstərilən məktəblilər qalib elan olunub:

I yer: Sara Ramil qızı Əliyeva;

II yer: Aydan Vüqar qızı Əlizadə və Qutabəyim İntiqam qızı Cəbrayılova;

III yer: Xuraman Niran qızı Məmmədova və Pərvin Vüqar qızı Ağayeva.

Xatırladaq ki, müsabiqədə Birinci Qarabağ və Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin, həmçinin hazırda sağ olan keçmiş hərbçilərin döyüşlərədək, eləcə də döyüşlərlə əlaqədar olan həyat hekayələrinin bədii tərzdə təsvir olunması şərtləri irəli sürülüb.

Qeyd edək ki, hərbi-vətənpərvərliyin məktəblilər arasında təbliğ olunması məqsədilə təşkil edilən yazı müsabiqəsi on dörd gün davam edib. İnşa yazıları Muzeyin nəzdində formalaşdırılan münsiflər heyəti tərəfindən baxıldıqdan sonra qaliblər müəyyən olunub.