Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər üçün ekskursiya

01.11.2021

Noyabrın 1-də Masallı şəhər 3 və 6 saylı, rayonun Ərkivan qəsəbə 2 və 5 saylı, eləcə də Mollaoba, Mahmudavar, Tüklə, Yeddioymaq, Sığdaş, Köhnə Alvadı, Bədəlan, Qodman, Sərçüvar və digər kənd ümumtəhsil məktəblərinin müəllim və şagirdləri Masallı Tarix-Diyarşünaslıq Muzeyində ekskursiyalarda iştirak ediblər. 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar təşkil edilən ekskursiyalarda məktəblilərə mövzu üzrə məlumatlar verilib.

Muzeyin müvafiq Tədbirlər Planına uyğun olaraq, Vətən müharibəsi, rəşadətli əsgər və zabitlərimiz, tarixi Zəfər və digər mövzular barədə məktəblilərə əhatəli məlumatlar verilib, eyni zamanda şagirdlər Muzeydə şəhid əşyalarından qurulmuş xususi guşə ilə tanış ediliblər.

Sonra Viləş kənd tam orta məktəbinin bir qrup şagirdləri vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Daha sonra məktəb kollektivləri Masallı Dövlət Rəsm Qalereyasında Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar açılmış "Qələbə ruhlu şəhidlər’’ adlı rəsm sərgisinə baxış keçiriblər.