Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin rolu” mövzusunda tədbir keçirilib

01.11.2021

Noyabrın 1-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin rolu" başlığı altında tədbir keçirilib. Tədbirdə rayonun mədəniyyət işçiləri və Xırmandalı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib. İlk öncə, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışında bildirib ki, Nizami Gəncəvi yaratdığı ədəbi əsərlərlə bütün zamanlarla səsləşən, fikirləri ilə dövrünü qabaqlayan dahi düşüncə adamı olub. Əlavə olunub ki, böyük söz adamı özünün şairlik qüdrətini hikmət xəzinəsi ilə yüksək bədii ustalıqla birləşdirərək Şərqin böyük söz ustadı kimi ədəbiyyatımızda silinməz izlər buraxıb.

Sonra Muzeyin elmi işçisi Dilgüşə Məmmədova dahi şairin dövrü ilə əlaqədar olan bir sıra Muzey eksponatları haqqında tədbir iştirakçılarına maraqlı məlumatlar verib.

Tədbirin sonunda şagirdlər Nizami Gəncəvinin müdrik kəlamları və lirik qəzəllərindən nümunələr səsləndiriblər.