Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixə qızıl hərflərlə yazılan Qələbə” adlı sərginin təqdimatı keçirilib

28.10.2021

Oktyabrın 28-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin könüllüsü Kəmalə İbişlinin 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Tarixə qızıl hərflərlə yazılan Qələbə” adlı sərgisinin təqdimatı keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları, Yardımlı Dövlət Rəsm Qalareyası və şəhər Kitabxanasının kollektivi iştirak edib.

İlk öncə, ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev ölkəmizin qüdrət göstəricisi olan 44 günlük Vətən müharibəsinin gedişatı, əsas döyüş əməliyyatları haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tədbirdə çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə və şəhər Kitabxanasının müdiri Eldəniz Həsənov Azərbaycanın haqq savaşının carçısı olan Vətən müharibəsinin xalqımızın birliyi və həmrəyliyi üçün əhəmiyyətindən söhbət açıblar.

Sonra Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar keçirilmiş tədbirlərdə fəal iştirakına görə K. İbişli Mərkəzin "Fəxri Fərman"ı və hədiyyələrlə təltif olunub.

Sonda K. İbişlinin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.