Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində məktəblilər üçün ekskursiya keçirilib

28.10.2021

Oktyabr ayının 28-də Masallı rayon Heydər Əliyev Mərkəzində "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020 - 2025-ci illər üzrə Fəaliyyət Planı" çərçivəsində Hişkədərə və Bədəlan kənd tam orta məktəblərinin şagirdləri üçün ekskursiyalar təşkil edilib.

Mərkəzin bələdçisi Şəfa Xəlilova məktəbliləri Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış edib.

Sonra Mərkəzin 3D kinozalında 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr edilən videomaterial nümayiş etdirilib və şagirdlər tərəfindən böyük maraqla izlənilib