Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər üçün növbəti ekskursiya təşkil edilib

29.10.2021

Oktyabrın 29-da Masallı şəhər 5 saylı, eləcə də rayonun Ərkivan qəsəbə 2 və 4 saylı, Kubin, Güllütəpə kənd ümumtəhsil məktəblərinin müəllim və şagirdləri Masallı Tarix-Diyarşünaslıq Muzeyində təşkil edilən ekskursiyalarda iştirak ediblər.

Vətən müharibəsinin birinci ildönümünün qeyd edilməsi məqsədilə hazırlanmış Tədbirlər Planına uyğun keçirilən ekskursiyalarda məktəblilərə Zəfər tariximizlə bağlı təfərrüatlı məlumatlar verilib, eyni zamanda məktəbli kollektivinə döyüşlərdə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimizin həyatı və şərəfli döyüş yolundan bəhs olunub. Sonra şagirdlər xüsusi guşədə nümayiş etdirilən hərbçi əşyaları, şəhidlərlə bağlı fotomateriallar, sənədlər və digər eksponatlarla tanış olublar.

Daha sonra məktəblilər Masallı Dövlət Rəsm Qalereyasında açılmış vətənpərvərlik mövzusunda rəsm sərgisinə də baxış keçiriblər.