Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cabir Novruz-85

15.03.2018

15 mart 2018-ci il tarixdə Cəlilabad rayon Mərkəzi kitabxanada görkəmli şair Cabir Novruzun anadan olmasının 85 illiyi münasibətilə "Məni nəğmələrimdə axtararsınız" adlı poeziya  gecəsi  keçirildi.

      Tədbir şairin öz səsi ilə "Sağlığında qiymət verin insanlara" şeiri ilə açıldı. Tədbirdə fəal oxucular, məktəblilər iştirak edirdi. Tədbir iştirakçıları şairin həyat və yaradıcılığı, ictimai fəaliyyəti barədə maraqlı çıxışlar etdilər. 

     Cabir Novruz əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.