26.10.2021
Oktyabrın 26-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılğı ilə Bilnə kənd tam orta məktəbində Vərtən müharibəsinin ildönümünə həsr olunmuş “Möhtəşəm Qələbə” adlı tədbir təşkil olunub.
Tədbirdə Mərkəzin rəhbərliyi, əməkdaşlar, adı qeyd olunan orta məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.
Tədbirə giriş sözü ilə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev, dünya hərb tarixinə adını qızıl hərflərlə yazdırmış Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq haqqında şagirdlərə ətraflı məlumat verib. O, eyni zamanda döyüşlərdə qazanılan qələbələrə görə Azərbaycan xalqının mübarizliyinin artıq öz təsdiqini tapmasından bəhs edib.
Sonra çıxış edən Mərkəzin əməkdaşları və Bilnə kənd orta məktəbinin müəllimləri Vətən müharibəsində əldə etdiyimiz qələbənin möhtəşəmliyindən danışıb, şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanmasının vacibliyindən söhbət açıblar.
Sonda şagirdlərlə xatirə şəkilləri çəkilib.