Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubadlı erməni işğalından azaddır!

25.10.2021

Oktyabrın 25-də Cəlilabad rayon Privolnoye kənd kitabxana filialı Qubadlı rayonunun azad olunması ilə əlaqədar "Bərguşad mahalı" adlı tədbir keçirib. Tədbirdə mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər.

Tədbirdə çıxış edən kitabxanaçı Şəfəq Məmmədova qeyd edib ki, tarixdə "Bərguşad" mahalı kimi tanınan hazırki Qubadlı rayonu ərazisi, əsasən, dağlıq massivdir və Qarabağ silsiləsinin cənub-qərb silsiləsinə aiddir. Kəndlərinin əksər hissəsi Həkəri və Bərguşad çayları ətrafında yerləşir. Bildirilib ki, Laçın, Ağdam, Cəbrayıl, Füzuli rayonları işğal olunduqdan sonra Qubadlı rayonu yarımmühasirəyə düşdü. 1993-cü il avqustun 30-31-də erməni təcavüzkarları tərəfindən işğal olundu. Nəticədə minlərlə sakin öz ev-eşiyindən didərgin salındı.

2020-ci il oktyabrın 25-də şanlı ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalandırıldı və Qubadlı rayonu azad edildi.

Sonra məktəblilər Qubadlıya həsr olunmuş şeirlər səsləndiriblər. Sonda azad olunan torpaqları əks etdirən fotosərgiyə baxış keçirilib.