Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Silaha sarılan yurd oğulları” kompozisiyası canlı nümayiş olunub

26.10.2021

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında növbəti onlayn ədəbi-bədii kompozisiya səhnəyə qoyulub. Teatrın sənət ustaları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə əməkdaşlığı ilə hazırlanan kompozisiya oktyabrın 26-da izləyicilərə canlı təqdim edilib. Yazıçı-publisist Nurəddin Ədiloğlunun Vətən müharibəsi şəhidlərinin həyatı və döyüş yolundan bəhs edən yazıları əsasında quruluş verilmiş səhnə işinin təqdimatından əvvəl şəhidlər hörmətlə yad olunub.

"Silaha sarılan yurd oğulları" adlı kompozisiya doğma yurd yerlərindən məcburi köçkün düşmüş yaşlı babanın öz nəvəsi arasındakı dialoqla başlayıb. Söhbətlərdə vətən nisgili, doğma yurd yerlərinə dönüş arzuları təsirli bədii çalarlarla ifadə olunub. Sonra tələbələr şəhidlərin həyatından götürülmüş hekayələri dilə gətirib, şəhidlik zirvəsini vəsf edən şeirlər oxuyublar. Daha sonra tanınmış müğənni Teymur Gözəlov həzin musiqi parçasını səsləndirib.

Səhnə ifalarından sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhid ailələri ilə görüşərək onlara səbir diləyib, şəhid övladlarına ehtiramını ifadə edib.