Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Uşaq İncəsənət Məktəbində Novruz konserti

15.03.2018

Martın 15-də Masallı Uşaq İncəsənət Məktəbində Bahar Bayramı ilə əlaqədar olaraq bayram konserti təşkil olundu. Məktəbin direktoru Azər Əhədzadə iştirakçıları salamlayaraq, onları Novruzun gəlişi münasibəti ilə səmimi qəlbdən təbrik etdi, hamıya möhkəm can sağlığı, işlərində uğurlar arzu etdi. Məktədə fəaliyyət göstərən Xor kollektivi, rəqs qrupu, tar və muğam ifaları, müğənnilərin bayram əhval-ruhiyyəli mahnı ifaları bir birini əvəz etdi. Sonda məktəbin direktoru konsertin təşkilində əməyi olan bütün kollektivə öz təşəkkürünü bildirdi.