Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göytəpə şəhər Uşaq Musiqi Məktəbinin kollektivi Hərbi Qənimətlər Parkında olublar

22.10.2021

Oktyabr ayının 22-də Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Cəlilabad rayon Göytəpə şəhər Uşaq Musiqi Məktəbinin pedaqoji və şagird kollektivi Bakı şəhərindəki Hərbi Qənimətlər Parkında olub, ekskursiyada iştirak ediblər.

Ekskursiya müddətində məktəb kollektivi ordumuz tərəfindən düşməndən qənimət götürülmüş zirehli texnika, hərbi təyinatlı avtomobil və qurğularla yaxından tanış olublar. Məktəbin müəllimlərinin müşayiəti ilə aparılan ekskursiyada şagirdlərə Vətən müharibəsinin əsas döyüşləri, həmçinin Parkda sərgilənən hərbi avadanlıq, maketi qurulmuş istehkam və səngərlərlə bağlı izahlar veriblər.