Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Elan ”Qələbə ruhlu şəhidlərimiz”

23.10.2021

Hörmətli səhifə izləyiciləri!

Masallı Dövlət Rəsm Qalereyası və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşəbbüsü və birgə təşkilatçılığı ilə vətənpərvərlik mövzusuna həsr olunmuş "Qələbə ruhlu şəhidlərimiz" adlı sərgi təşkil ediləcək.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində qurulacaq sərgidə Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin rəssamlıq ixtisası üzrə müəllimi, tanınmış rəssam Ehtiram Məmmədov və istedadlı gənc rəssam Sevda Əliyevanın müxtəlif janrlarda kətana köçürülmüş əsərləri, Masallı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin maraqlı və rəngarəng əl işləri, həmçinin şəhidlərin Muzeydə mühafizə olunan şəxsi əşyaları nümayiş etdiriləcək.

Sərginin açılış mərasimi oktyabr ayının 25-i, saat 11:30-da baş tutacaq.

Qeyd edək ki, sərgi noyabr ayının 10-dək ziyarətçiləri qəbul edəcək.