Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində inşa-yazı müsabiqəsi keçirilib

21.10.2021

Oktyabrın 21-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin şagirdlərdə yaratdığı təəssüratı bölüşmək, onlarda vətənpərvərlik hissinin formalaşmasına nail olmaqdır.

İnşa-yazılar münsiflər tərəfindən yoxlanılıb, nəticələr haqqında məlumatlar növbəti həftə ərzində elan olunacaq. Qaliblərə sertifikatlar təqdim ediləcək.