19.10.2021
Oktyabrın 19-da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Milli müstəqillik ən böyük nemətdir” adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin əməkdaşları və rayon Mərkəzi kitabxanasının kollektivi iştirak ediblər.
Əvvəlcə, müstəqilliyimizi daha möhkəm təməl üzərində quran ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev ölkəmizin müstəqilliyini sınağa çəkən tarixi-siyasi proseslərdən, həmçinin ümummilli lider Heydər Əliyev fenomeni və ulu öndərin müasir tariximizdəki rolu barədə söz açıb.
Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə isə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.
Sonda ssenari müəllifi və rejissoru Vaqif Mustafayev olan "Heydər Əliyev" filmi nümayiş olunub.